Şarl Mişeldən dördtərəfli görüşlə bağlı paylaşım

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünü şərh edib.
Redaktor.az-ın məlumatına görə, o, bu barədə tviter hesabında yazıb.
"Praqada Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Fransa Prezidenti ilə gərginliyin davamlı azaldılmasını və Avropa İttifaqının dəstəkləməyə hazır olduğu sülh səylərinin intensivləşdirilməsini müzakirə etdik", - deyə paylaşımda bildirilir.