Ukraynada daha 350 Rusiya hərbçisi MƏHV EDİLDİ
Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 61680 (+350) nəfər canlı qüvvəsi, 2466 (+17) tank, 5093 (+29) zirehli döyüş maşını, 1455 (+31) artilleriya sistemi, 344 (+0) reaktiv yaylım atəşi sistemi, 177 (+0) hava hücumundan müdafiə sistemi, 266 (+0) təyyarə, 233 (+1) helikopter, 1067 (+20) PUA, 246 (+0) qanadlı raket, 15 (+0) gəmi, 3862 (+8) avtomobil texnikası və avtosistern, 135 (+1) xüsusi texnikası məhv edilib.
İşğalçılar ötən gün ən böyük itkisini Kramatorsk və Kryvyi Rih istiqamətlərində verib.
T.İSMAYIL













