Ukrayna hərbçiləri işğalçıların hücum helikopterini MƏHV ETDİ
Oktyabrın 7-də saat 8.00 radələrində Ukraynanın cənubunda Hərbi Hava Komandanlığının "Mərkəzi" hava əleyhinə raket bölməsi Rusiyanın Ka-52 "Alligator" hücum helikopterini məhv edib.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
"Eşq olsun Ukraynaya!", - deyə paylaşımda deyilir.
T.İSMAYIL












