Rusiyaya qarşı xüsusi tribunal yaradıldı

 13:35 07.10.2022     1410

Ukrayna parlamenti Rusiyaya qarşı xüsusi tribunalın yaradılmasını dəstəkləyib.

Redaktor.az-ın məlumatına görə, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tviterdə yazıb.

Onun sözlərinə görə, məsələ ilə bağlı parlamentdə böyük səs çoxluğu ilə qərar qəbul edilib.

“Mən buna görə Ukrayna parlamentinin bütün üzvlərinə minnətdaram. Rusiya Prezidenti Vladimir Putin və onun ətrafı cavab verməlidir”, - deyə Kuleba vurğulayıb.

T.İSMAYIL