Rüstəm Muradova yeni vəzifə verildi

Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının keçmiş komandanı, general-leytenant Rüstəm Muradov yeni vəzifəyə təyin olunub.
Redaktor.az-ın məlumatına görə, bu barədə Dağıstan Respublikasının rəhbəri Sergey Melikov bildirib.
Belə ki, Rusiya Qəhrəmanı Rüstəm Muradov Silahlı Qüvvələrin Şərq Hərbi Dairəsinin komandanı təyin edilib.