Tokayev də Putinlə görüşə gedir

 14:24 07.10.2022     970

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev cümə günü Sankt-Peterburqda keçiriləcək MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

"Bu gün prezident Kasım-Jomart Tokayev Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edəcək", - mətbuat xidmətindən bildirilib.

Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov oktyabrın 7-də Konstantinovski sarayında MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşünün keçiriləcəyini bir gün əvvəl bildirmişdi. Peskov bunu MDB-nin gələn həftə keçiriləcək sammitinə hazırlıq kontekstində çox mühüm hadisə adlandırıb.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin bugünkü qeyri-rəsmi sammitə doğum tarixini qeyd edən 70 yaşlı dövlət başçısı kimi qatılacaq.

Vumart və Güvən reklamı Vumart Güvən