Rusiyada aviabazaya PUA hücumu - 2 təyyarə məhv edildi - YENİLƏNİB

 19:21 07.10.2022     1377

Rusiyanın Kaluqa vilayətinin Şaykovka qəsəbəsindəki aviabazaya pilotsuz uçuş aparatının düşməsi nəticəsində iki "TU 22M3" təyyarəsi məhv edilib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrindəki mənbə məlumat yayıb.

Qeyd edək ki, “Şaykovka” aerodromu cəbhə xəttində deyil, Ukrayna sərhədlərindən 350 km aralıda yerləşir.

***

Rusiyanın Kaluqa vilayətinin Şaykovka qəsəbəsindəki aviabazaya pilotsuz uçuş aparatı (PUA) düşərək partlayıb.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa bildirib.

Onun sözlərinə görə, xəsarət alan yoxdur.

Ehtimal olunur ki, PUA dövlət sərhədindən uçurmuş.

Qeyd edək ki, Kaluqa vilayəti Belarus və Ukrayna ilə sərhəddə yerləşir.

Vumart və Güvən reklamı Vumart Güvən