İranın daha bir şəhərində məktəbli qızlar etiraza qalxdılar - VİDEO

 16:30 07.10.2022     202

İranın daha bir şəhərində məktəbli qızlar etiraza qalxıblar. Bu dəfə Bukan şəhərində şagirdlər aksiya keçiriblər.

Redaktor.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, şəhərin küçələrinə axışan narazı şagirdlər “Top, tüfəng, tank ola, molla gərək rədd ola!” şüarı səsləndiriblər.

Xatırladaq ki, bundan əvvəl Kərəc şəhərində orta məktəb şagirdləri etiraz nümayiş etdiriblər.