Sankt-Peterburqda Yeni il şənlikləri ləğv edildi

 18:55 07.10.2022     143

Rusiyanın Sankt-Peterburq şəhərində Yeni il və Miladla bağlı əvvəlcədən planlaşdırılmış bayram tədbirləri ləğv edilib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburq administrasiyasının mətbuat xidməti bildirib.

Məlumata görə, istisna hal kimi uşaqlar üçün hazırlanan bayram tədbirləri keçiriləcək.

Vurğulanıb ki, Saray meydanı və Nevski prospektində ənənəvi olaraq keçirilən Yeni il konserti ləğv ediləcək. Bundan başqa, Sankt-Peterburqda ənənəvi atəşfəşanlıq olmayacaq, Milad Ulduzu atəş festivalı, eləcə də Tavriya sarayında xeyriyyə qəbulu təşkil edilməyəcək.

Qeyd olunub ki, əvvəllər Yeni il tədbirlərinin təşkili və keçirilməsinə sərf edilən vəsaitlər indi könüllülər və Rusiya Silahlı Qüvvələrinə səfərbər olanlar üçün əlavə avadanlığa və onların alınmasına yönəldiləcək.