“Ətək geyinin!” - Kadırov Rusiyadan qaçan kişiləri təhqir etdi

 20:23 07.10.2022     235

Çeçenistan rəhbəri Ramzan Kadırov səfərbərliyə görə Rusiyanı tərk edən kişilərə ətək geyinməyi tövsiyə edir.

Redaktor.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi yazıb.

“Çətin vaxtlarda vətənini qoyub xaricə gedənləri anlamıram. Belə qorxaqlara məsləhət görürəm ki, ətək geyinsinlər, cinsini dəyişib qadın olsunlar”, - deyə Kadırov bildirib.

Çeçenistan lideri əlavə edib ki, ölkədə yalnız qismən səfərbərlik elan edilib, lakin bu, hər bir şəxsə öz vəzifəsini yerinə yetirmək üçün kifayətdir.