Hindistanda onlarla insan qar uçqunun altında can verdi

 20:58 07.10.2022     227

Hindistanın şimalındakı Uttarxand ştatında Himalay dağında qar uçqunu nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “The Print” qəzeti məlumat yayıb.

Bu gün aparılan xilasetmə əməliyyatı zamanı daha 7 nəfərin cəsədi tapılıb. Onların təxliyəsi hava şəraitindən asılı olaraq helikopterlə həyata keçiriləcək.