İran Rusiyaya silah satmayıb və satmayacaq - Nazir

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Finlandiyanın xarici işlər naziri Haavisto arasında telefon danışığı baş tutub.
Redaktor.az xəbər verir ki, onlar Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Abdullahian deyib ki, İran Rusiyaya silah verməyib və verməyəcək.
“Bir sıra ölkələrin Kiyevə hərbi dəstək verməsinə baxmayaraq, biz Ukraynada müharibə aparmaq üçün Rusiyaya silah ötürməmişik”, - deyə o bildirib.
Qeyd edək ki, Ukrayna ordusu Rusiyaya məxsus İran istehsalı pilotsuz uçuş aparatları vurduğunu bildirib.