İranda polisin yeniyetməni başından güllələyib öldürməsi təsdiqini tapdı

 22:50 07.10.2022     282

İranda baş nahiyəsindən güllələnən daha bir yeniyetmənin öldürülməsinə dair fakt üzə çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, Sarina İsmayılzadənin “intihar” iddiası İran mətbuatında dərc olunduqdan sonra, etirazlar zamanı başından güllə yarası alan 14 yaşlı Məhəmməd Rza Sərvərinin vəkili onun ölüm sənədini paylaşaraq İran rəsmilərinə məktub yazıb:

“Sabah onun intihar etdiyini və ya xəstəlikdən öldüyünü deməyin”.

Sənəddə yazılıb: “Atılan bərk cismin dəyməsi nəticəsində qanaxma və beyin toxumasının əzilməsi”.

Vumart və Güvən reklamı Vumart Güvən