Dönərdən 50 nəfər ZƏHƏRLƏNDİ

 23:02 07.10.2022     313

Türkiyədə 50 nəfər xəstəxana işçisi zəhərlənib.

Redaktor.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Tokat Qaziosmanpaşa Universiteti Xəstəxanasında baş 50 xəstəxana işçisi yeməkxanada naharda ət dönəri və düyü yeyib, ayran içib.

Az sonra ürəkbulanma və qusma yaşayan işçilər xəstəxananın təcili yardım şöbəsinə müraciət ediblər.

Sadə qida zəhərlənməsi şübhəsi ilə müalicə olunan işçilərin vəziyyətinin yaxşı olduğu bildirilib.