Krım körpüsündə yanacaq çəni partladıldı - VİDEO
"Krım körpüsündə yanacaq anbarı olduğu güman edilən obyekt yanır".
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Krım rəhbərinin köməkçisi Oleq Kryuçkov deyib.
İlkin məlumata görə, yanğınının səbəbləri məlum deyil.
"Yanacaq çəni yanır, amma naviqasiya tağları zədələnməyib. Alovun söndürülməsi istiqamətində işlər aparılır", - deyə Kryuçkov telegram kanalında yazıb.
Qeyd edək ki, Rusiyanın Federal Avtomobil Yolları Agentliyindən verilən məlumata görə, insidentlə əlaqədar Krım körpüsü ilə avtomobillərin hərəkəti dayandırılıb.
Xatırladaq ki, Krım körpüsü Rusiyanın ən uzun körpüsüdür, uzunluğu 19 kilometrdir. Körpü Rusiya ilə Ukraynanın işğal altındakı Krım yarımadasını birləşdirir. Avtomobil hissəsi 2018-ci ilin may ayında istismara verilib. 2019-cu ilin dekabrında isə onun dəmir yolu hissəsi ilə ilk qatarlar hərəkət etməyə başlayıb.
Nərmin VÜQARQIZI












