Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi

 10:13 08.10.2022     414

ABŞ-ın Nyu-York ştatında qeyri-qanuni mühacirlərin sayının sürətlə artması səbəbindən fövqəladə vəziyyət elan edilib.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, Nyu York meri Erik Adams mətbuat konfransında şəhərdəki mövcud torpaq istifadəsi şərtlərini dayandırdıqlarını və "qanunsuz immiqrant axını ilə mübarizə aparmaq üçün" fövqəladə vəziyyət elan etdiklərini açıqladı.

Adams “qəzəbli” çıxışında Texas və Florida kimi respublikaçı qubernatorları hədəfə alaraq, “Nyu-Yorkun mərhəmətinin başqaları tərəfindən istismar edildiyini və humanitar böhranın Amerikanın siyasi dinamikası tərəfindən sürətləndirildiyini” deyib.

Məlumatda qeyd edilib ki, ABŞ-a daxil olan qeyri-qanuni immiqrantlar sərhəd polisi tərəfindən qeydiyyata alınır və avtobuslarla sığınacaqlara aparılır:

“Prosedurları tamamlanan qeyri-qanuni immiqrantlar, onlara bildirilən məhkəmə tarixinə qədər ABŞ-da istədikləri yerə sərbəst gedə bilərlər”.

Nərmin VÜQARQIZI