Bu ölkələrdən ABŞ-a səyahət asanlaşa bilər

 11:29 08.10.2022     485

ABŞ Dövlət Departamentinin konsulluq məsələləri üzrə müşaviri Rena Bitterin Polşa, Almaniya və Türkiyəyə səfər edəcəyi bildirilir.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlama verib.

"Dövlət Departamentinin konsulluq məsələləri üzrə müşavir müavini Rena Bitter 7-19 oktyabr 2022-ci il tarixləri arasında Frankfurt, Varşava, Krakov, İstanbul və Ankaraya səfər edəcək”,-deyə məlumatda bildirilib.

Açıqlamada qeyd edilib ki, bu səfər xaricdəki ABŞ vətəndaşlarının qorunmasına və Birləşmiş Ştatlara qanuni səyahətin asanlaşdırılmasına dair dərin və davamlı öhdəliklərini təkrarlayacaq.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən