Ukraynada Rusiyanın daha 380 hərbçisi MƏHV EDİLDİ - FOTO

 11:38 08.10.2022     479

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 62060 (+ 380) nəfər canlı qüvvəsi, 2472 (+6) tank, 5111 (+ 18) zirehli döyüş maşını, 1459 (+4) artilleriya sistemi, 345 (+1) reaktiv yaylım atəşi sistemi, 180 (+3) hava hücumundan müdafiə sistemi, 266 (+0) təyyarə, 234 (+1) helikopter, 1079 (+12) PUA, 246 (+0) qanadlı raket, 15 (+0) gəmi, 3875 (+13) avtomobil texnikası və avtosistern, 136 (+1) xüsusi texnikası məhv edilib.

İşğalçılar ötən gün ən böyük itkisini Donetsk, Baxmut və Kramatorsk istiqamətlərində verib.

T.İSMAYIL

2