Zaporojyedə rusların raket hücumu nəticəsində ölənlərin sayı artdı
Oktyabrın 6-da Rusiyanın raket hücumları nəticəsində Ukraynanın Zaporojye vilayətində dağılmış yaşayış binalarının yerində xilasetmə işləri davam edir.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatında deyilir.
"Oktyabrın 8-i səhər saatlarına olan məlumata görə, birinci ünvanda beşmərtəbəli yaşayış binasının dağıntıları altından 13 nəfər həlak olmuş (biri uşaq) blokdan çıxarılıb, 6 nəfər xilas edilib, onlardan 4-ü xəstəxanaya yerləşdirilib”,- deyə məlumatda qeyd olunub.
Bundan başqa, ikinci ünvanda 4 nəfər həlak olan dörd mərtəbəli yaşayış binasının dağıntıları altından çıxarılıb, 15 nəfər xilas edilib, onlardan 8 nəfəri xəstəxanaya yerləşdirilib.
“Ümumilikdə 17 nəfər ölüb, 21 nəfər xilas edilib, yaralılardan 12 nəfər xəstəxanaya yerləşdirilib”,- deyə qurumdan bildirilib.
Qeyd edək ki, Oktyabrın 6-da səhər tezdən ruslar Zaporojyedə infrastruktur obyektlərinə və yaşayış binalarına hücum ediblər.
Nərmin VÜQARQIZI














