Fransa XİN İrandakı vətəndaşlarını ölkəni tərk etməyə ÇAĞIRDI

 12:42 08.10.2022     382

"İrandan tranzit keçən Fransa vətəndaşlarından saxlanılma risklərini nəzərə alaraq, mümkün qədər tez ölkəni tərk etmələri xahiş olunur".

Redaktor.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Nazirlik bildirir ki, İranda fransızlar həbs və ədalətsiz mühakimə riski ilə üzləşirlər.

"Bu kontekstdə Fransanın Tehrandakı səfirliyinin İranda saxlanılan və ya həbs edilən vətəndaşlara konsulluq mühafizəsi təmin etmək imkanları çox məhduddur", - nazirlik xəbərdarlıq edib.

Bundan əvvəl İran KİV-ləri yazda İranda saxlanılan Fransa vətəndaşları Sesil Kohler və Jak Parinin Fransa Xarici Kəşfiyyat İdarəsinin maraqlarına uyğun işlədiklərini etiraf ediblər.

Qeyd edək ki, Fransa vətəndaşları bu il aprelin 28-də İrana turist kimi gəliblər və mayın 7-də saxlanılıblar. İranın kəşfiyyat nazirliyi onları maaşların artırılması tələbi ilə küçələrə çıxan müəllimlərin etirazları zamanı iğtişaşlar təşkil etməyə cəhddə ittiham edib.

Nərmin VÜQARQIZI