​​​​​​​Estoniya Krım körpüsünün partladılmasını alqışlayır  - FOTO

 19:50 08.10.2022     3253

Estoniyanın xarici işlər naziri Urmas Reinsalu Krım körpüsündəki partlayışla bağlı açıqlama verib.

Redaktor.az bildirir ki, bu barədə "Delfi" nəşri məlumat yayıb.

Nazirin fikrincə, partlayışın arxasında Ukraynanın dayandığını güman etmək olar. Onun sözlərinə görə, Ukrayna bəyan edib ki, məqsədi körpünü dağıtmaqdır: "Körpü fiziki cəhətdən dağılmayıb, lakin bir hissəsi uçub, dəmir yolu yanıb. Müsbət hal odur ki, nəqliyyat dayanıb".

Reinsalu hesab edir ki, körpünün Rusiya üçün mühüm simvolik mənası var, çünki o Rusiyanın kontinental hissəsini və Krım yarımadasını birləşdirir.

Bundan əlavə, XİN başçısı körpünün partladılmasının əvvəlcədən planlaşdırıldığını istisna etmir.

Reinsalunun sözlərinə görə, bu, cəsarətli addımdır: "Estoniya, əlbəttə ki, bunu alqışlayır və bu əməliyyatın arxasında duran Ukrayna xüsusi təyinatlılarını təbrik edir".

2