Rusiya Moldovaya nota verdi

 21:27 08.10.2022     420

Rusiya Federasiyasının Moldovadakı səfirliyi yerli hökumətə etiraz notası göndərib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə diplomatik missiyanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nota Rusiyanın Kişinyovdakı səfirliyinin binası önündə keçirilən aksiya ilə bağlı olub.

Məlumata görə, etirazlar zamanı səfirliyin binasına ziyan dəyib.

Qeyd edək ki, sözügedən aksiya oktyabrın 7-də baş tutub.

 

Vumart və Güvən reklamı Vumart Güvən