Rusiya Zaporojye şəhərini yenə raketlə vurdu

 09:30 09.10.2022     511

Rusiya ordusunun Ukraynanın Zaporojye şəhərinə raket hücumu nəticəsində azı 17 sakin həlak olub, daha 40 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə “RBK-Ukraina” Zaporojye şəhər şurasının katibi Anatoli Kurtevə istinadən xəbər yayıb.

Zərbələr nəticəsində şəhərin özəl sektorunun yaşayış binalarına və küçələrinə ziyan dəyib.

"İlkin məlumatlara görə, 5 fərdi ev uçub, 40-a yaxın evə ziyan dəyib. Hazırda 17 nəfərin öldüyü məlumdur", - Kurtev qeyd edib.

O, sakinləri dağıntıları təmizləməyə kömək etməyə çağırıb.

Xatırladaq ki, Rusiya hərbçiləri gecə ərzində Zaporojyeni iki dəfə raket atəşinə tutublar

 

 

Vumart və Güvən reklamı Vumart Güvən