Gizli eşq yaşadılar, şahzadə titulları əllərindən alındı 

 09:59 09.10.2022     238

Danimarka kraliçası Marqaretin ailəsində baş verən olay dünya gündəmini silkələməkdədir.

Redaktor.az xəbər verir ki, bir neçə gün öncə 92 yaşlı kraliça nəvələrinin şahzadə titullarının əllərindən alınması ilə bağlı qərar imzalayıb.

Bu hadisə dünya mediasında geniş müzakirələrə yol açıb.

Kral ailəsinə yaxın mənbələrdən mediaya sızdırılan məlumata görə, buna "qadağan olunmuş eşq hekayəsi" səbəb olub.

İddialara görə, Danimarka kraliçasının adı açıqlanmayan nəvələrindən biri qardaşının həyat yoldaşına aşiq olub və onunla bir müddət gizli eşq yaşayıb.

Kraliça hadisədən xəbər tutduqdan sonra nəvələrini şahzadə titulundan məhrum edib. 

Qeyd edək ki, Marqaret Britaniya kraliçası Elizabetin ölümündən sonra hazırda dünyanın ən yaşlı monarxıdır