Tehran Qafanda baş konsulluğu niyə açıb? - İranlı nazir danışdı

 11:17 09.10.2022     516

İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian ölkəsinin Ermənistanın Qafan şəhərində ilk baş konsulluq açmasından danışıb.

Redaktor.az-ın məlumatına görə, nazir bildirib ki, Qafanda baş konsulluq iki ölkə arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək və gücləndirmək məqsədilə açılıb.

“Bu qərar sayəsində biz yaxın gələcəkdə İran-Ermənistan münasibətlərinin genişlənməsinin və dərinləşməsinin şahidi olacağıq”, - deyə Hüseyn Əmir Abdollahian əlavə edib.

Onun sözlərinə görə, İranın 13-cü hökuməti bölgədə iqtisadi siyasəti gücləndirməyi, Şimal-Cənub tranzit yolunun dinamikliyini hədəf seçib.

Xatırladaq ki, İran Qafanda baş konsulluğu bu ilin avqustunda açıb.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən