İrəvanda partlayış oldu
Ermənistanın paytaxtı İrəvanın Baqratunyats küçəsində yerləşən hosteldə partlayış olub.
Redaktor.az xəbər verir ki, partlayış bir qədər əvvəl baş verib.
Bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 2 nəfər yaralanıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Partlayışdan sonra başlayan yanğının söndürülməsinə yanğınsöndürən briqadası cəlb olunub.












