Qırğızıstan öz ərazisindəki KTMT təlimlərini ləğv etdi

 14:04 09.10.2022     220

Qırğızıstanın Müdafiə Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ölkə ərazisindəki “Sarsılmaz qardaşlıq - 2022” komanda-qərargah təlimlərini ləğv edib.

Redaktor.az  xəbər verir ki, təlimlərin keçirilməsi oktyabrın 10-dan 14-dək Edelveys mərkəzində planlaşdırılıb. Onların ləğvi səbəbləri açıqlanmayıb.

Təlimlərə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın sülhməramlı kontingentləri cəlb edilməli idi.

Qeyd edək ki, KTMT-nin sülhməramlı qüvvələri ilə “Sarsılmaz Qardaşlıq” təlimləri 2012-ci ildən keçirilir.