“ABŞ neft ehtiyatları ilə manipulyasiya etməyə çalışır” Peskov

 16:20 09.10.2022     214

“Amerika Birləşmiş Ştatları öz qərarlarını nəyin bahasına olursa olsun həyata keçirmək istəyir, neft ehtiyatları ilə manipulyasiya etməyə çalışır”.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, rəsmi Vaşinqtonun belə bir oyunu yaxşı heç nə ilə nəticələnməyəcək:

“Onlar daha çox bazara çıxarmaqla öz neft ehtiyatlarını manipulyasiya etməyə çalışırlar. Əslində belə oyun yaxşı heç nəyə gətirib çıxarmayacaq. ABŞ istənilən yolla, hətta dünya enerji bazarında sabitliyi pozmaq bahasına olsa da, öz planlarına nail olmaq niyyətindədir”.