Çexiya strateji obyektlərin mühafizəsini gücləndirdi

 18:55 09.10.2022     335

Çexiya ordusu “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərindəki təxribatdan sonra strateji obyektlərin mühafizəsini gücləndirib.

Redaktor.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Yana Çernoxova Çexiya televiziyasının efirində deyib.

Söhbət sursat anbarlarından və milli infrastruktur üçün mühüm əhəmiyyət kəsb edən digər obyektlərdən gedir.

"Çexiyada Baltik dənizində "Şimal axını"nda baş verən partlayışlardan sonra terror hücumlarının hədəfinə çevrilə biləcək obyektlər gücləndirilmiş mühafizəyə götürülür", - nazir bildirib.

Çernoxova NATO-nun şərq cinahında yerləşən dövlətlərin müdafiə qabiliyyətinin gücləndirilməsinin davam etdirilməsinin vacibliyini qeyd edib.