İstanbulda böyük partlayış oldu - VİDEO
İstanbulda partlayış baş verib.
Redaktor.az "Haber Global"a istinadla bildirir ki, hadisə Kadıköy rayonundakı bir binada qeydə alınıb.
Məlumata görə, partlayış nəticəsində yaranan yanğından sonra yüksələn alov bitişik iki binaya da keçib.
Əraziyə çoxlu sayda polis, yanğınsöndürən və tibb qrupları göndərilib.












