Ruslar Ukraynanın bu vilayətini raket atəşinə tutdu - FOTO

 09:48 10.10.2022     1215

Ruslar Ukraynanın Zaporojye vilayətinə raket hücumu nəticəsində bir nəfər ölüb, biri uşaq olmaqla daha beş nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Zaporojye Şəhər Şurasının katibi Anatoli Kurtev teleqram-da məlumat verib.

"Bu gecə rusiyalı terrorçular yenidən bir mülki vətəndaşın həyatına son qoydular. Səhər saat altıya olan məlumata görə, bir nəfərin öldüyü məlumdur. Daha 5 nəfər yaralanıb. Qurbanlar arasında bir uşaq da var”,- o deyib. 

Hazırda axtarış-xilasetmə işləri davam edir.

Nərmin VÜQARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən