Kiyevdə rusların bombardmanı nəticəsində ölənlərin sayı artır - VİDEO - YENİLƏNİB

 17:20 10.10.2022     2532

Rusiyanın Ukraynanın paytaxtı Kiyev və digər vilayətlərə raket hücumu məticəsində 70-ə yaxın obyektə ziyan dəyib. Nəticədə 11 nəfər ölüb, 64 nəfər yaralanıb.

Redaktor.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, hava hucumu zamanı 29 strateji infrastruktur obyekti, 4 çoxmərtəbəli bina, 35 fərdi yaşayış evi və 1 məktəb zərər görüb.

***

Ukraynanın paytaxtı Kiyevdə daha 2 partlayış olub.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, dövlət qurumları yerli əhaliyə çölə çıxmamaq barədə xəbərdarlıq edib.

Ukraynanın Xarkov vilayətinin bəzi rayonlarında su və işıq kəsilib. Bunu Xarkovun meri İqor Terexov teleqramda yazıb. Onun sözlərinə görə, 3 raket strateji əhəmiyyətli infrastukturlara dəyib.

***

Ukraynanın paytaxtı Kiyev şəhərinin bombalanması nəticəsindən azı 8 nəfər ölüb, 24 nəfər yaralanıb.

Redaktor.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko bildirib. 

Artıq ölkənin hər yerində hava həyəcanı siqnalı verilib.  

***

Rusiya qoşunları bu dəqiqələrdə Ukraynanın paytaxtını ağır raket atəşinə məruz qoyur. 

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, məlumatı Kiyev şəhərinin meri Vitali Kliçko da təsdiq edib.

"Şevçenkovski rayonunda - paytaxtın mərkəzində bir neçə partlayış baş verib. Bütün xidmətlər öz yolundadır", - deyə o bildirib.

İlkin məlumata görə, raket atəşi nəticəsində yaralananlar və ölənlər var.

Nərmin VÜQARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən