Pakistanda faciə - Səkkiz uşaq dağıntılar altında can verdi

 10:22 10.10.2022     104

Pakistanın Gilgit-Baltistan bölgəsində yaşayış binasının damının uçması nəticəsində azı 9 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, hadisə bazar günü səhər saatlarında rayonun şimal hissəsində yerləşən Çilas şəhərində baş verib. Hadisəyə kərpic damın bərbad vəziyyətdə olması səbəb olub. Damın qəfil çökməsi nəticəsində 8 uşaq və bir qadın dünyasını dəyişib.

İki saatlıq xilasetmə əməliyyatı zamanı onların cəsədləri dağıntılar altından çıxarılıb.