Kiyevdə stansiyalar sığınacaq kimi istifadə olunacaq

Kiyevdə qırmızı metro xətti ilə hərəkətdə olan qatarların fəaliyyəti dayandırılıb.
Redaktor.az xəbər verir ki, Şəhər Administrasiyasından bütün yeraltı stansiyalar sığınacaq kimi fəaliyyət göstərəcəyi bildirilib.
Ukrayna mətbuatı yazır ki, Ukraynanın Lvov və Jitomir şəhərlərində elektrik enerjisi kəsilib.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Kiyevin mərkəzi Rusiya ordusu tərəfindən bombardmana məruz qalıb.
Fövqəladə Hallar üzrə Ukrayna Dövlət Xidməti hadisə zamanı ölənlərin və yaralananların olduğunu açıqlayıb.