Ukraynada Rusiyanın daha 370 hərbçisi MƏHV EDİLDİ - FOTO

 11:32 10.10.2022     844

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 62870 (+ 370) nəfər canlı qüvvəsi, 2495 (+9) tank, 5149 (+16) zirehli döyüş maşını, 1486 (+9) artilleriya sistemi, 353 (+5) reaktiv yaylım atəşi sistemi, 181 (+1) hava hücumundan müdafiə sistemi, 267 (+1) təyyarə, 235 helikopter, 1097 (+11) PUA, 249 (+2) qanadlı raket, 15 (+0) gəmi, 3908 (+ 18) avtomobil texnikası və avtosistern, 136 xüsusi texnikası məhv edilib.

İşğalçılar ötən gün ən böyük itkisini Kryvyi Rih və Kramatorsk istiqamətlərində verib.

Nərmin VÜQARQIZI

2