Ruslar Kiyevin mərkəzindəki körpünü raketlə vurdular - VİDEO

 11:53 10.10.2022     753

Kiyevin mərkəzinə yerləşən, piyada və velosipedçilərin hərəkəti üçün nəzərdə tutulan Kliçko körpüsü Rusiya ordusu tərəfindən vurulub.

Redaktor.az UNİAN-a istinadla bildirir ki, partlayış anı ərazidə olan təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.

Qeyd edək ki, Kliçko körpüsünün açılışı 2019-cu ildə baş tutub.

Xatırladaq ki, bu gün səhər saatlarında etibarən Kiyevlə yanaşı, Ukraynanın Lvov və Dnepr şəhərləri də raket hücumlarına məruz qalıb. Son məlumata görə, Kiyevin mərkəzinə raket hücumu nəticəsində beş nəfər ölüb, 12 nəfər yaralanıb.

 

Vumart və Güvən reklamı Vumart Güvən