Rusiya Ukraynanı Xəzərdən vurub - Baş Qərargah

 14:37 10.10.2022     221

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın oktyabrın 10-da səhər saatlarında Ukraynanın dinc şəhərlərində törətdiyi kütləvi terrorla bağlı məlumat açıqlayıb.

Redaktor.az UNIAN-a istinadən xəbər verir ki, məlumatda bu günə qədər 83 raket atıldığı bildirilib.

Qeyd edilib ki, hücumlar Xəzər dənizi və Nijni Novqorod sularından həyata keçirilib.

Müdafiə nazirinin müavini Anna Malyarın “Telegram” kanalında aşağıdakıları qeyd edib:

“Bu gün saat 06:20-dən 11:15-dək Rusiya Federasiyası Xəzər dənizi regionlarından və Nijni Novqoroddan Kiyev, Lvov, Priluki şəhərlərində Ukrayna ərazisinə raket-raket və hava zərbələri endirib. Xmelnitski, Dnepr, Nijin, Jitomir, Xarkov atəşə məruz qalıb".

Odessa OVA-nın rəhbəri Maksim Marçenkonun verdiyi məlumata görə, vilayətdə üç PUA vurulub:

"İşğalçılar həmçinin müvəqqəti işğal olunmuş Krım və Belarus ərazisindən buraxılmış 17 ədəd “Shahed 136” kamikadze pilotsuz uçan aparatdan da istifadə ediblər".