Ukraynanın xarici işlər naziri təcili Kiyevə qayıtdı

 14:48 10.10.2022     354

“Mən də Afrika səfərimi yarımçıq qoyub dərhal Ukraynaya qayıdıram”.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bunu Afrikaya səfər edən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

Bundan əvvəl o, Rusiya prezidenti Vladimir Putini və Ukraynanı onunla sülh razılaşmasına gəlməyi çağıranları tviter hesabında tənqid edib:

“Rusiya Ukrayna ərazisinə çoxsaylı raket zərbələri endirib. Putinin yeganə taktikası Ukraynanın dinc şəhərlərində terror aktı törətməkdir, lakin o, Ukraynanı parçalamayacaq. Putin raketlərlə danışan terrorçudur.”

Həmidə İbrahimova 

 

Vumart və Güvən reklamı Vumart Güvən