Estoniya Rusiyanı rəsmən terrorçu dövlət kimi tanıyacaq

 16:20 10.10.2022     425

Estoniya Rusiyanı rəsmi şəkildə terrorçu-dövlət kimi tanımağa hazırlaşır.

Redaktor.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Estoniya parlamentinin Xarici işlər komitəsindən bildirilib.

Qeyd edək ki, oktyabrın 10-da Rusiya Ukraynanın paytaxtı Kiyev və başqa şəhərləri raket atəşinə tutub. İlkin məlumata görə, hücum nəticəsində 10 nəfər ölüb, 30 nəfər yaralanıb.

Vumart və Güvən reklamı Vumart Güvən