“Rusiya Ukraynada alçaqlıq edir” - İsveçin XİN başçısı
“Ukraynaya dəstəyimiz davam edəcək”.
Redaktor.az xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Ann Linde tviterdə yazıb.
O bildirib ki, İsveç Rusiyaya qarşı sanksiyaları gücləndirmək əzminə malikdir:
“Pik saatlarda Ukraynanın hər yerində dinc mülki vətəndaşların öldürülməsi alçaq bir əlacsızlıqdır”.
Qeyd edək ki, oktyabrın 10-da Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərini və digər vilayətləri raket atəşinə tutub. Nəticədə 10 nəfər ölüb, 60 nəfər yaralanıb.












