Qazaxıstan vətəndaşlarını Ukraynanı tərk etməyə çağırdı 

 19:50 10.10.2022     239

Qazaxıstanın Kiyevdəki səfirliyi Rusiyanın Ukraynanın mülki infrastrukturuna endirdiyi raket zərbələri fonunda öz vətəndaşlarına müraciət edib.

Redaktor.az xəbər verir ki, səfirlik vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb.

“Ukrayna ərazisində mülki infrastruktura və dövlət obyektlərinə hücumların artması ilə əlaqədar Qazaxıstan Respublikasının səfirliyi öz vətəndaşlarını Ukraynaya səfərdən çəkinməyə, Ukraynada olanları isə hava reydləri siqnallarına qulaq asmağa və bomba sığınacaqlarında qalmağa çağırır. ”, - Qazaxıstan səfirliyinin bəyanatında deyilir .