Rusiyanın Ukraynadakı komandanı axtarışa verildi

 23:38 10.10.2022     370

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın Ukraynadakı qoşunlarının yeni komandanı, ordu generalı Sergey Surovikini axtarışa verib.

Redaktor.az xəbər verir ki, rusiyalı general Ukrayna Cinayət Məcəlləsinin 110-cu maddəsi (“Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd") ilə ittiham olunub.

Qeyd edək ki, Surovikin oktyabrın 8-də Ukraynadakı xüsusi əməliyyat qoşunlarının komandanı təyin edilib. O, daha öncə Tacikistanda baş vermiş silahlı münaqişədə, Çeçen müharibəsində iştirak edib. General Suriyadakı hərbi əməliyyatlara da qatılıb və buna görə 2017-ci ildə "Rusiya Qəhrəmanı" tituluna layiq görülüb.

Bundan əvvəl Ukrayna Rusiyanın sabiq prezidenti Dmitri Medvedevi və Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanı axtarışa verib.

Vumart və Güvən reklamı Vumart Güvən