Rusiya Ukraynanın bu şəhərini raket atəşinə tutdu

 09:44 11.10.2022     374

Bu gün səhər saatlarında Rusiya Ukraynanın Zaporojye şəhərinin mərkəzinə raket zərbələri endirib.

Redaktor.az “Ukrainski pravda”ya istinadən xəbər verir ki, bu barədə Zaporojye Hərbi Administrasiyasının rəhbəri Oleksandr Starux bildirib.

O deyib ki, hücum zamanı infrastruktur obyektləri hədəfə alınıb.

Dağıntı və tələfatla bağlı araşdırma aparılır.

Məlumata görə, Rusiyanın hücumu zamanı ictimai iaşə obyektlərinə, o cümlədən təhsil və tibbi müəssisələrinə, yaşayış binalarına ziyan dəyib.

Qeyd edək ki, oktyabrın 10-da Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyev şəhərini və bir neçə vilayəti raket atəşinə tutub.

2