Ukraynada daha 240 işğalçı, 1 təyyarə, 46 qanadlı raket MƏHV EDİLDİ
Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 63110 (+240) nəfər canlı qüvvəsi, 2504 (+9) tank, 5162 (+13) zirehli döyüş maşını, 1496 (+10) artilleriya sistemi, 353 (+0) reaktiv yaylım atəşi sistemi, 181 (+0) hava hücumundan müdafiə sistemi, 268 (+1) təyyarə, 235 (+0) helikopter, 1114 (+17) PUA, 295 (+46) qanadlı raket, 15 (+0) gəmi, 3916 (+8) avtomobil texnikası və avtosistern, 136 (+0) xüsusi texnikası məhv edilib.
İşğalçılar ötən gün ən böyük itkisini Baxmut, Avdiyivka və Kramatorsk istiqamətlərində verib.
T.İSMAYIL













