Rusların iki diversiya qrupu məhv edildi, komandir əsir götürüldü

 11:26 11.10.2022     401

Ukraynanın Təhlükəsizlik Xidmətinin əməkdaşları Xarkov vilayətində Rusiyanın “Vaqner” Xüsusi Hərbi Komandasının iki diversiya qrupunu zərərsizləşdiriblər.

Redaktor.az "unian.net"ə istinadla xəbər verir ki, “Vaqner” üzvlərinin zərərsizləşdirilməsi əməliyyatını Ukraynanın Təhlükəsizlik Xidmətinin “A” Mərkəzi Xüsusi Əməliyyatı qrupu həyata keçirib.

"Onlardan dördü əsir götürülüb. Onların arasında DRQ komandiri də var. O, artıq Ukraynanın Təhlükəsizlik Xidmətinə mühüm kəşfiyyat məlumatları, o cümlədən işğalçılar tərəfindən təşkil edilmiş ukraynalılara işgəncələr barədə məlumat ötürür", - deyə məlumatda qeyd olunub.

T.İSMAYIL