"ABŞ “de-fakto” Ukrayna müharibəsində iştirak edir" - Lavrov

 15:00 11.10.2022     494

ABŞ “de-fakto” Ukrayna müharibəsində iştirak edir.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Rusiya XİN başçısı ABŞ-ın Ukrayna ordusuna silahlar verdiyini, kəşfiyyat məlumatları ötürdüyünü xatırladıb.

“Mənə elə gəlir ki, de-fakto amerikalılar bu müharibədə çoxdan iştirak edirlər. Onlar təkcə Zelenskini və onun rejimini silahlandırmır, həm də peyk kəşfiyyat məlumatlarını ötürürlər. ABŞ və Qərbin hərbi qulluqçularının Ukraynada “yerdə” döyüşdüyünə, o cümlədən bələdçi kimi fəaliyyət göstərməsinə dair sübutlar var”,- deyə nazir qeyd edib.