Putin BƏƏ Prezidenti ilə görüşdü
Rusiya Prezidenti Vladimir Putin oktyabrın 11-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin-Zaid əl-Nahayan ilə görüşüb.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, görüş Rusiyanın Sankt-Peterburq şəhərində keçirilib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün təkbətək formatda keçdiyini söyləyib.
Məlumata görə, BƏƏ Prezidenti bir neçə gündür bu şəhərdədir.
Qeyd edək ki, oktyabrın 7-də Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin liderlərinin qeyri-rəsmi zirvə toplantısı keçirilib.












