“Meta” Rusiyada terrorçu və ekstremistlər siyahısına daxil edildi

 23:20 11.10.2022     183

“Rosfinmonitorinq” “Meta” korporasiyasını terrorçu və ekstremistlər siyahısına daxil edib.

Redaktor.az lenta.ru-ya istinadən xəbər verir ki, şirkət “Meta Platforms Inc” kimi siyahıya alınıb.

Qeyd edək ki, hələ mart ayında Moskvanın Taqanski Rayon Məhkəməsi “Meta”nı ekstremist təşkilat kimi tanıyıb və onun Rusiya ərazisində fəaliyyətini qadağan edib. Ölkədə şirkətə məxsus “Facebook” və “Instagram” sosial şəbəkələri də qadağan olunub.

Mənbə: lenta.ru