İranda qəzəbli gənclər dövlət binasını yandırdı - VİDEO

 23:35 11.10.2022     218

İranda qəzəbli gənclər dövlət binasını yandırıblar.

Redaktor.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, bir neçə gün idi ki, Kerman şəhərində repressiv qüvvələr Qızıl Aypara Cəmiyyətinin ambulanslarından istifadə edərək küçələrdə xalqa divan tutublar. Bu gün qəzəblənmiş gənclər Cəmiyyətin binasını yandıraraq öz nifrətini çatdırmış olublar.

Narazı gənclər “Ölüm olsun Xameneyiyə!” şüarı səsləndirir.