Toyda gəlinə 3 kilodan çox qızıl, Bəyə 4 milyon taxdılar

 02:22 12.10.2022     182

Türkiyəli vəkil Azad Kəskin Eda Tanyüreklə ailə həyatı qurub. 

Redaktor.az xəbər verir ki, Eda və Azad Kəskin cütlüyünün iki gün iki gecə davam edən toy mərasimi üçün 35 baş heyvan kəsilib. 

Bəyə hədiyyə vermək üçün uzun növbələr yaradan qonaqlar sırada durmaqda çətinlik çəkiblər.

Gəlin gətirilən zaman izdihamda yerə yıxılanlar qonaqların köməkliyi ilə qaldırılıb. Toy mərasimində qonaqlar yağışlı havadan asılı olmayaraq uzun müddət rəqs ediblər. 

Toy mərasimində siyasi partiyaların nümayəndələri, polislər, tayfa rəhbərləri, rayon və şəhər rəhbərləri, iş adamları, QHT nümayəndələri, yerli və xarici qonaqlar, ümumilikdə 10 minə yaxın insan iştirak edib. 

Bölgənin adət-ənənələrinin ən yaxşı şəkildə əks olunduğu toy mərasimində gəlinə 3,5 kiloqram qızıl, bəyə isə 4 milyon lirə hədiyyə edilib. Gəlin qızılın ağırlığına dözə bilməyib, çətin anlar yaşayıb.